Share
  • Book
  • Azerbaijani (Azərbaycan dili)

나는 나를 파괴할 권리가 있다

  • Author
  • Country
    Republic of Korea
  • Publisher
  • Published Year
    2010
  • Genre
    Literature - Korean literature - Contemporary fiction

Title/Author/Genre

  •  

    Title: Özümü öldürməyə haqqım var

    Author: Kim Yeong Ha

    Genre: Roman

Description

  • About the book

    1996-cı ildə Koreya Ədəbiyyat Dünyası mükafatının (Munhak Donqne mükafatının) qalibi olan, özünün qeyri-adi və diqqət çəkən üslubu ilə seçilən Kim Yonq Ha sonralar bu cür üslubuna görə “mübahisəli yazıçı” kimi tanınmağa başlamışdır. Onun bu əsəri həyatla problemi olan insanların intihar etməsinə kömək edib onlara istiqamət verən şəxsin dilindən təhkiyə edilir. Əsərin təhkiyəçisinin Yudifə bənzəyən Seyeon adlı müştərisi iki qardaş – C və K ilə qəribə münasibətdədir. Bir yerdə qərar tuta bilməyib ötəri həyat yaşayan bu üç şəxsi birləşdirən hekayə öz dağılmış həyatlarıyla əsrimizin fərqli bir üzünü ifadə edir. Cəzbedici ölümün estetikasının təsvir edildiyi bu əsər işıq üzü görəndən sonra qısa bir zaman ərzində böyük marağa səbəb oldu və Koreya ədəbiyyatında yeni cığır açacağına inanılan gənc yazıçı Koreyanın nüfuzlu Donq-in Ədəbiyyat mükafatı, Hvan Sun Von Ədəbiyyat mükafatı, Müasir Ədəbiyyat mükafatı, İsan Ədəbiyyat Mükafatı və digər mükafatlarının sahibinə çevrildi. Beləcə o, yaratdığı hər əsərlə oxucuların sevgisini və marağını qazanmağı bacardı. Oxucuların və tənqidçilərin rəğbətini qazanmaqla Koreya ədəbiyyatında öz yerini tutdu. Kitabın ilkin variantını oxuyan tənqidçi Ryu Bo Son kitabı aşağıdakı kimi qiymətləndirmişdir: “Özümü öldürməyə haqqım var” kitabını böyük bir maraqla oxudum. Bu şah əsər təkcə özünün estetik quruluşu ilə seçilmir, həm də mübahisəli yazıçının ideyalarının əsasını təşkil etməklə yanaşı, Koreya ədəbiyyatında yeni bir qolun yaranmasının carçısı sayılır. (…) Bu əsəri Koreya ədəbiyyatı normalarının kənarında qalıb işıqlandırılmamış mövzuların yazılı sübutu adlandırmaq da olar. “Özümü öldürməyə haqqım var” kitabında Müasir Koreya ədəbiyyatının hüznlü reallığı ilə üzləşdim. İlk çap olunduğu vaxt kitab adi fantastik janr nümunəsi kimi qəbul edilmişdi. İntihar bələdçisi anlayışı bir qədər absurd səslənə bilər. Ancaq reallıq budur ki, bu bələdçi düz bizim yanımızdadır. Müasir dövrdə ölümün nə olduğunu anlamağa belə qadir olmayan ibtidai sinif şagirdindən tutmuş sui-qəsd etməsə də ölümə məhkum olub, ölümə tələsən qocalar da daxil olmaqla yüzlərlə belə insanın bir axtarışı ilə ortaya çıxan veb-səhifələr bizə “kömək etməyə” hazırdırlar. Yazıçının dediyi kimi “xəyallar həqiqətə çevrilir”. 10 il əvvəl qələmə alınmış C və K, Mimi və Yudif, sui-qəsd bələdçisi olan təhkiyəçisi - “mən” bizim reallığımızdır, hamımızın daxilindəki uçurumun eşiyindəki həyatını əks etdirir. Ötən əsrin sonlarından etibarən dəbdə olan ölüm mövzusu XXI əsrdə də öz aktuallığını qoruyur. Ölümün bu cür fərqli üzləri bizim mövcudluğumuzu sorğulamağa səbəb olur.

    About the author

    Kim Yonq Ha 1968-ci ildə anadan olmuşdur və 1995-ci ildən etibarən yazıçılıqla məşğul olur. Başqalarının intiharına kömək edən bələdçi obrazı ilə müasir insanın cəmiyyətdən təcridini və narahatlığını estetik şəkildə təsvir edən “Özümü öldürməyə haqqım var” kitabı 1996-ci ildə Ədəbiyyat Dünyası mükafatına, Kambodianın Anqkor Vat məbədinin fonunda yazılmış insanın daxili dünyasını aydın şəkildə təsvir edən “Sənin ağacın” kitabı isə 1999-cu ildə Müasir Ədəbiyyat mükafatına layiq görülüb. Beləcə müəllif yeni üslubu ilə uğur qazanmış gənc yazıçılar sırasına qoşuldu. Yazıçının kitabları hekayə toplusu olan “Çağırış”, “Liftdə qalan adamın axırı necə oldu?”, ”Qardaşım geri qayıtdı”, “Nə olduğunu bilən yoxdur”, roman janrında qələmə aldığı “Özümü öldürməyə haqqım var”, “Aranq, niyə axı?!”, “Qara çiçək”, “İşıq dünyası”, “Viktorina şou”, “Səsin gəlir”, “Qatilin yaddaş kitabçası” və digərlərindən ibarətdir. Əsərləri hazırda ABŞ, Fransa, Almaniya, Yaponiya, İtaliya, Hollandiya, Türkiyə və digər ölkələr olmaqla 10-dan çox dilə tərcümə edilmişdir. “Çıxış”, “İldırımötürən”, “Axırıncı qonaq” adlı qısa hekayələri əsasında kino çəkilmişdir. F.S.Fitzceraldın “Böyük Qetsbi” əsərini Koreya dilinə tərcümə etmişdir. İsan Ədəbiyyat mükafatı, Donq-in Ədəviyyat mükafatı və digər mükafatların qalibidir.

    About the translators

    Musa Əfəndiyev 1991-ci ildə Bakıda anadan olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsilini, Türkiyənin Boğaziçi Universitetində və İngiltərənin London İqtisad Məktəbində magistr dərəcəsini almışdır. Azərbaycan və Türkiyədə çap olunan ədəbiyyat jurnallarında mütəmadi olaraq hekayələri çap olunan Musa Əfəndiyev həm də “Ədəbi Azadlıq” və “Nəsimi” ədəbiyyat müsabiqələrinin qalibidir. Bununla yanaşı, dünya ədəbiyyatından bir çox hekayəni, tanınmış yazıçıların müsahibələrini də azərbaycancaya tərcümə etmişdir.

    Media Response/Awards Received

    Qeyri-adi əsərdir.

    BOOKLIST

    Xüsusi üslubu var. Bu əsəri boş bir şey adlandırmağa adamın dili gəlməz.

    Newark Star-Ledger

    Çox kəskin və dəst-xətti olan əsərdir.

    Kirkus Reviews

    Kim Yonq Hanın əsəri incəsənət əsərilərini özündə ehtiva edən incəsənət əsəridir. Bu əsəri bizə Kafkanı xatırladır, “Maratın Ölümü”, “Yudif” kimi rəsm əsərlərinin, “Cənnətdən də qəribə” kinosunun mötivlərinə əsaslanır. Kitabdakı həyatın dəyərsiz və boş olduğu haqqındakı fəlsəfi ideyalar isə Kamyu və Sartrı xatırladır.

    LA Times

    Ürəkləri fəth edən əsərdir. Həqiqət, ölüm, ehtiras, mövcudluq haqqında arayışlar kimi anlayışların ifadə edildiyi bir əsərdir.

    Publishers Weekly

    Bundan əvvəlki Koreya ədəbiyyatından tamamilə fərqli baxışın mövcud olduğu əsərdir. Bu kitabı da sırf buna görə oxumalısınız.

    Süddeutsche Zeitung (Almaniya)

    Mütəxəssislərə xass bir biliklə bu gənc yazıçı bir əsər vasitəsilə 90-cı illərin Seulunda Eros və Tanatosu təsvir etmək kimi böyük bir işin öhdəsindən uğurla gəlmişdir.

    Lier (Fransa)

    * 2003-cü ildə əsərin motivləri əsasında “Özümü məhv etməyə haqqım var” adlı film çəkilmişdir.

Translated Books (58)

News from Abroad (77)